Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Dünyanın ən böyük televizoru istehsal olundu

Böyük Britaniyanın "Titan" şirkəti dünyada ən böyük televizoru istehsal etdi. İnterAz 3dnews-a istinadən xəbər verir ki, bu 370 düymlük diaqonala malik "Zeus" televizorudur.

Yeni istehsal olunan televizoru bir çox yerlərdə yerləşdirilmək mümkündür, hətta, açıq sahələrdə bu mümkünlük nəzərə alınıb. Ekranın ölçüsü 8x5 metrdir. Bundan başqa 4K formatını dəstəkləyən ekranın təsvir etmə ölçüsü 3840x2160 piksel bərabərdir ki, bu da Full HD-dən (1920x1080) 4 dəfə güclüdür.

Digər texniki xarakteristikaları açıqlanmayan televizorun çəkisi isə bir tona qədərdir.İstehsalçı şirkət artıq bu televizorun alınması üçün ilk sifarişlərin alındığını bildirib.

Qeyd edək ki, "Zeus"un qiyməti çatdırılma və quraşdırılma ilə birlikdə 1.6 milyon dollardır.
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP