Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Qasırğanın dağıtdığı Gəncədən son Fotolar

Gəncə rayon İcra Hakimiyyətinindən verilən məlumatda bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib:

“Şəhərin 80 faizində elektrik enerjisinin verilməsində problem yaşanıb, lakin sonradan bu problem aradan qaldırılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı məlum olub. Su-kanalizasiya sistemindəki problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Yüzlərlə 300-500 illik çinar ağacı məhv olub. Şəhərə çox böyük ziyan dəyib. 

Qasırğa nəticəsində 100-ə yaxın yaşayış evinin dam örtüyü də zərər görüb, bəzilərinin zirzəmisinə su dolub, həmçinin bir neçə nəfər xəsarət alıb. Gəncə tarixində bu qədər güclü qasırğa müşahidə edilməyib. Ona görə də, ciddi təbii hadisə kimi dəyərləndirilir”.

İcra Hakimiyyətindən bildirilib ki, hazırda dəymiş zərərin hesablanması üçün komissiya yaradılıb. Yerlərdə iş aparılır.  Dəymiş zərər hesablandıqdan sonra fəsadların aradan qaldırılması üçün işlər görüləcək.  Prosesin bu gün günortayadək başa çatması planlaşdırılır.

Təbii fəlakətdən zərər görən Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısının müavini Qüdrət PaşayevPublika.az-a bildirib ki, dünən axşam saatlarında rayona güclü yağış yağsa da, ciddi zərər dəyməyib, ağacların budaqları qırılıb.

O bildirib ki, hazırda rayonda vəziyyət normaldır, qaz, elektrik enerjisinin verilişində problem yoxdur.


publika
1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52