Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Azərbaycan acından ölür, “Hafka” xariciləri yedizdirir

Hafiz Məmmədov daha bir klubu satın alıb.

"Bakı"nın sahibi İngiltərənin "Şeffild Uensdey" klubuna sahib çıxıb.

Bu barədə klubun rəsmi saytına "Şeffild Uensdey"in sədri Milan Mandariç məlumat verib. Xəbəri Hafiz Məmmədov özü də təsdiqləyib: "Mən çox şadam və qürurluyam ki, biz belə gözəl klubun aksiyalarını almaqda razılığa gələ bilmişik. Mən ehtiraslı futbol azarkeşiyəm, İngiltərə futboluna dərin hörmətim var.
İngiltərədən olan kluba çoxdan investisiya yatırmaq istəyirdim. Ancaq klubu düz tapmaq üçün mənə vaxt lazım gəldi. Düşünürəm ki, “bayquşların” iddiaları mənim iddialarımla uyğunlaşır. Onlar bizim şüarımızı təmsil edəcəklər: “Azərbaycan - Odlar diyarı”. Mən azarkeşlərə söz verirəm ki, komandanın uğur qazanması üçün işləyəcəyəm".

Qeyd edək ki, Məmmədov həmçinin, Fransanın “Lans” klubunun sahibidi. O, eyni zamanda İspaniyanın "Atletiko" klubunun da səhmlərini alıb. Xarici klublara bu qədər pul qoyan iş adamının Azərbaycanda maliyyələşdirdiyi "Bakı" maliyyə böhranında boğulur və dağılmaq üzrədi.

Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərənin ən qədim klublarından biridir. Klub 1889-cu ildə İngiltərə futbol birliyinin - ölkənin ilk futbol strukturunun, həmçinin, 1992-ci ildə İngiltərə Premyer Liqasının təsisçilərindən biri olub. “Bayquşlar” 1992-2000-ci illər aralığında Premyer Liqada mübarizə aparıblar. Son illər klub Liqa 1-lə (İngiltərənin gücünə görə üçüncü liqası) Çempionşip (İngiltərənin gücünə görə ikinci liqası) arasında “köç” ediblər. Ötən mövsümün yekunlarına görə klub 16-cı olub. Komandanı Stüart Qrey çalışdırır. Qrey bu vəzifəyə ötən mövsüm təyin edilib./publika/
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
</