Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Zakir Həsənovu ifşa edən şəxs Nəciməddin Sadıkovun kadrı çıxdı

Müdafiə naziri Zakir Həsənov barədə informasiyaları mediaya sızdırmaqda adı hallanan bu qurumun yüksək vəzifəli şəxsi barədə yeni məlumat əldə edib. Saytımıza daxil olan xəbərdə bildirilib ki, mediada nazir haqda həqiqətə uyğun olmayan informasiyaların çatdırılması və bu məsələdə spekuliyasiya etməkdə adı çəkilən, o cümlədən Müdafiə Nazirliyinin idarə rəisi kimi təqdim olunan polkovnik Elxan Məcidov əslində, Silahlı Qüvvələrin Baş Qərargahının Aparat rəhbəridir. Müdafiə Nazirliyindəki mənbənin dediyinə görə, E. Məcidovun Baş Qərargah rəisi, general-polkovnik Nəciməddin Sadıqovla sıx əlaqələri də mövcuddur. Hətta Elxan Məcidovu N. Sadıqovun qeyri-rəsmi müavini kimi qəbul edənlər də var.

Nəzərə alsaq ki, Elxan Məcidov Nəciməddin Sadıkovun kadrıdır, onda yayılan informasiyalarda sonuncunun marağı olduğu məlum olur və bu da çox ciddi mətləblərdən xəbər verir.

Xatırladaq ki, bu xəbərləri mətbuata yayan şəxsin Elxan Məcidov olmasını hərbi ekspert Üzeyir Cəfərov deyib. O, bildirib ki, Zakir Həsənovun istefa ərizəsi haqqında məlumatın kimlər tərəfindən dövriyyəyə buraxılması artıq onun tərəfindən müəyyən olunub: “Zakir Həsənovun istefa ərizəsi yazması barədə yalan məlumatın kimlər tərəfindən dövriyyəyə buraxıldığını artıq müəyyən etmişik. Bu, nazirin Baş Qərargah rəisi ilə söhbətinin mərkəzində dayanan polkovnik Elxan Məcidovdur. O, Baş Qərargahda idarələrdən birinin rəisi vəzifəsini icra edir. Zakir Həsənov artıq Elxan Məcidovla bağlı ölçü götürülməsi üçün Baş Qərargah rəisinə tapşırıq verib. Əvəzində isə E.Məcidov Zakir Həsənovu gözdən salmaq üçün bu məlumatı dövriyyəyə buraxıb.

Qeyd edək ki, bir neçə gün öncə “Musavat.com” saytında Zakir Həsənovun Prezidentə vəzifəsindən istefa verməsi ilə bağlı ərizə verdiyi barədə informasiya yayılmışdı. Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə yayılan informasiyanın heç bir həqiqəti əks etdirmədiyini rəsmi şəkildə bəyan etmişdi./aznyus/
1367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber