Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Rusiya anti-terror əməliyyatlarına başladı

Rusiya Şimali Osetiyada anti-terror əməliyyatlarına başlayıb.

Anti-terror əməliyyatı Şimali Osetiyanın şəhərətrafı rayonlarında quldur dəstələrinin aşkar olunması və terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirilib.

“Quldur dəstələrinin ələ keçirilməsi, onların saxlandığı yerlərin aşkar edilməsi və terror aksiyalarının qarşısının alınması məqsədilə yerli vaxtla saat 07:00-da Tarskoe yaşayış məskəni və ona yaxın olan meşə massivində anti-terror əməliyyatı rejimi elan olunub”, - deyə Şimali Osetiyanın əməliyyat qərargahından məlumat verilib.

Qeyd edək ki, iyunun 7-də Dağıstan Respublikasının Kizlyar rayonunun Kosyakino, Kuzmiçevka və Pervokizlyarskoe kəndlərində keçirilən anti-terror əməliyyatı nəticəsində 1 nəfər öldürülmüşdü.
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43
Sabah Azərba