Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Əfqanıstanda 105 Taliban üzvü öldürüldü

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, son sutkada ordunun Zabul, Həlmənd və Nimruz əyalətlərində keçirdiyi əməliyyatlarda 9 taliban üzvü öldürülmüş, bir nəfər yaralanmış və bir nəfər ələ keçmişdir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Kapisa bölgəsində 2 mina və bir qədər partlayıcı maddə ordu qüvvələri tərəfindən ələ keçirilmişdir.
Digər tərəfdən isə, Kənər əyalətinin polis rəisi Əbdülhəbib Seyid Xəyyilkoalisiya qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində 10 Taliban terrorçusunun öldüyünü bildirmişdir. Ölənlər arasında dörd pakistanlı terrorçu da var.
Ərəzqan əyalətinin valisinin sözçüsü Dust Məhəmməd Nayab bildirib ki; Əfqənıstanın cənubunda Taliban üzvü olan 35 nəfər məhv edilib. Çəharçinvi məntəqəsindəki qarşıdurmada 5 əfqan polisi də terrorçular tərəfindən öldürülüb.
Nayab bildirib ki, bu qarşıdurmada 50 Taliban üzvü və 8 polis yaralanıb.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi