Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Pentaqon: İraq hadisələrini diqqətlə izləyirik

Amerikanın müdafiə nazirliyi Pentaqonun sözçüsü Con Kerbi dünən mətbuata açıqlamasında deyib: Vaşinqton İraq hadisələrini diqqətlə izləyir və imkan daxilində İraq ordusuna yardım edəcək. Buna baxmayaraq, qarşıya çıxmış problemlərlə İraqın ordu və təhlükəsizlik qüvvələri mübarizə aparmalıdır.
O deyib: Biz İŞİD-in vəhşiliklərini və İraqda etdiklərini qınayırıq. Bildiyiniz qədərilə bizim dünyaya silah ixracatımızda İraq dövləti mühüm yerlərdən birini tutur və biz bu ölkəyə 14 milyard dollarlıq silah satırıq.
O, ABŞ-ın İraqla məsləhət və məşvərət mübadilələri aparacağını bildirdi və dedi: Hər halda İraq dövləti özü terrorçularla mübarizə aparmalıdır. Biz daha öncə də Nuri əl-Malikiyə o məntəqələrin qəbilə başçıları ilə əməkdaşlıq etməyi tövsiyə etmişdik.

Nur-az.com
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03