Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

"Danışıqlarını əngəlləyən Səudiyyə Ərəbistanıdır"

Suriyada sülh danışıqlarını əngəlləyən Səudiyyə Ərəbistanıdır - "Hizbullah" lideri
“Səudiyyə Ərəbistanı Suriyada cari proseslərdən çox qəzəblidir.”

SalamNews-un “əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, bunu Livanın “Hizbullah” təşkilatının lideri Seyyid Həsən Nəsrullah mərasimlərin birində çıxışı zamanı bildirib.

O deyib ki, Səudiyyə Ərəbistanı Suriyada “Cenevrə-2” sülh danışıqlarının baş tutmasını ciddi şkilkdə əngəlləyir və bu dövlət indiyə qədər on minlərlə döyüşçünü Şama gətirərək, onlara təlim keçib silahlandıraraq, döyüşə yollamaq üçün 30 milyard dollar xərcləyib.

H.Nəsrullah Suriyada gərginliyin armasını istəyən xarici, daxili və bölgə qüvvələrinin məğlubiyyətə uğradığını bəyan edib. "Hizbullah" lideri Suriya müxalifətinə və onları dəstəkləyənlərə üz tutaraq, “Cenevrə-2” sülh danışıqları fürsətindən yararlanmağa çağırıb və əks təqdirdə gələcək zamanın onların xeyrinə olmayacağını söyləyib.

Xatırladaq ki, "Hizbullah" təşkilatı rəsmi şəkildə öz döyüşçülərinin Suriyada dini məqbərələrin qorunması məqsədilə bu ölkəyə getdiklərini vurğulayıb.
1978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP