Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

15 mindən çox şagird 2 aldı

TQDK iyunun 8-də olan ilk buraxılış imtahanının nəticələrini açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş ilk buraxılış imtahanının nəticələrini açıqlayıb. TQDK-dan verilən məlumata görə, bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

IX sinif üzrə buraxılış imtahanında 39 731 şagirdi iştirak edib. Onlardan 6728-i “Ana dili”, 9052-si isə “Riyaziyyat” fənnindən 5 qiyməti alıb. 4808-i “Ana dili”, 6501-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.

XI illik təhsil bazasında 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı “Ana dili” 6943-ü “Riyaziyyat” fənnindən “5”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” alıb.

Qeyd edək ki, şagirdlər 2 qiyməti üçün 0-7, 3 üçün 8-17, 4 üçün 18-25, 5 qiyməti üçün isə 26-30 suala cavab veriblər.

Qeyd edək ki, ilk buraxlış imtahanı bazar günü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarında olub./ans/
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber