Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

İraqın Mosul şəhəri dəhşət saçır – Fotolar

İraqın dövlət rəsmiləri terrorçu qruplaşma olan İraq Şam İslam Dövlətinin (İŞİD) üzvlərinin Neynəva əyalətinin paytaxtı Mosulu ələ keçirdiyini bildirmişlər.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, Mosul şəhərinin polis maşınları yandırılmış və sıradan çıxarılmışdır.
İraqın Dövlət Nazirliyinin bir rəsmisi deyib: Mosul şəhəri dövlət nəzarətindən çıxıb və terrorçular şəhərə nəzarət edirlər.
Digər tərəfdən İraq dövlət qüvvələri Neynəva əyalətinin İcra Hakimiyyəti binasını terrorçulardan təmizləmiş və ora nəzarəti ələ almışlar. Şəhərin terrorçulardan təmizlənməsi uğrunda əməliyyatlar davam edir.
İraq parlamentinin deputatı Üsamə ən-Nucəyfi deyib: Yüzlərlə ailə Mosulu tərk etməkdədirlər. Terrorçular Səlahəddin əyalətinə hərəkət etməkdədirlər. Mosul şəhərinin komandanlıq qərərgahı, silah anbarları və həbsxanalar terrorçuların əlinə keçib.
Qeyd edək ki, Mosul şəhərinə hücum ötən həftə başlayıb.
Yanvar ayından terrorçuların nəzarətində olan Fəllucə şəhərindən sonra, bu İraqın terrorçular tərəfindən işğal edilmiş ikinci şəhəridir. Habelə terrorçular Fəllucəyə yaxın olan ər-Rəmadi şəhərinin də bir hissəsinə nəzarət edirlər.
Bu arada, əl-Məyadin kanalı xəbər verib ki; Neynəva əyalətinin imam cümələri və məscid xətibləri növbəti dəfə silahdan istifadə etməyi bacaran hər bir şəxsdən İŞİD üzvlərilə mübarizə aparmağa çağırmışlar.
Məlumatlı mənbələrin bildirdiyinə görə, İŞİD terrorçuları Mosuldakı özəl və dövlət banklarını ələ keçirmişlər. Bundan əlavə, “Səma əl-Mosul” və “əl-Mosuliyyə” kanallarının ofisini ələ keçirmiş və proqramların yayımlanmasını dayandırmışlar.
Habelə, İraq ordusu və ordu komandirləri Mosulu tamamilə tərk etmişlər. Bəzi mənbələr bildiriblər ki, 2725 məhbus Mosul həbsxanalarından qaçmışlar. İŞİD terrorçuları Mosulda 28 şoferi də oğurlayıblar.
Terrorçular bazarda maşın partlatmış və nəticədə altı nəfəri öldürmüşlər. Onlar Mosul aeroportunu ələ keçiriblər.
Terrorçular həftənin bazar ertəsi günü Mosulun əyalət üzrə dövlət binasına hücum etmiş və binada olan Mosul icra başçısı Əsil ən-Nucəyfini həbs etmişdilər. Sonradan dövlət qüvvələri binaya hücum edərkən, ən-Nucəyfi binadan qaça bilmişdi.
Sayları yüzlərlə olan təkfirçi terrorçular RPQ, avtomatlar və maşınlar üzərinə quraşdırılmış DŞK-larla silahlanmışlar.


1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber