Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Leyla Yunusun qapalı Müqavimət Mərkəzi fəaliyyətə başladı

Bu gün Sülh və Demokratiya Mərkəzi nəzdində təsis edilmiş Repressiyalara Müqavimət Mərkəzinin (RMM) ilk işçi iclası keçirilib.

Vətəndaş cəmiyyəti fəallarının, siyasi məhbusların ailələrinin və keçmiş siyasi məhbusların iştirakı ilə keçirilən iclas mətbuat üçün qapalı olub.

Leyla Yunusun verdiyi məlumata görə, Mərkəz öz fəaliyyətində keçmiş SSRİ-nin hüquq müdafiəsi üzrə dissident qurumlarının iş metodlarından istifadə edəcək.

Müzakirələr və qəbul edilən qərarlar, o cümlədən fəaliyyət planı KİV üçün qapalı olacaq. Həyata keçirilən tədbirlər və aksiyalar haqqında məlumat onlar keçirildikdən sonra veriləcək.

Həmçinin, fəaliyyətinin əsas istiqaməti siyasi məhbusların azad edilməsi, vətəndaşların siyasi səbəblərdən təqibinə son qoyulması uğrunda mübarizədən ibarət olacaq Mərkəzin tərkibi və üzvlərinin adları da açıqlanmayacaq./Turan/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...