Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

İraq ordusunun nöqsanlarında ABŞ təqsirkardır

Yaxın Şərq məsələləri üzrə ekspert Ərdəşir Pəşəng FarsNews beynəlxalq İnformasiya Agentliyinə İraq hadisələrilə bağlı müsahibə verib.
Nur-az.com portalı müsahibədən seçilmiş bəzi məqamları əziz oxuculara təqdim edir.
Ərdəşir Pəşəng İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının İraqın müxtəlif məntəqələrində, xüsusilə Neynəva əyalətinin Mosul şəhərində irəliləməsinin səbəbi kimi Amerikanın İraq ordu qüvvələrinin təliminə soyuq yanaşmasını göstərib.
O bildirib: İraqda bə`s rejiminin süqutundan və amerikalı Pol Bermerin İraqa hakim edilməsindən sonra, amerikalılar yeni ordu yaratmaq bəhanəsilə İraq ordusunu ləğv etdilər. Sonra, hazırkı yenidən qurulan və təcrübəsiz ordunun təlim-tədrisində səhlənkarlıq etdilər. Bu məsələ də İraq ordusunun təsirsiz bir ordu olmasına səbəb oldu.
O, İŞİD haqqında bunları dedi: Bu terrorçu qruplaşma regionda fəaliyyət göstərən oyunçular və qeyri-rəsmi qruplaşmaların ən mürəkkəb və ən gizli qruplarından biridir. Belə ki, öz hədəflərinə çatmaq yolunda radikalizm, vəhşilik və terrorizm üçün bu qrupdan istifadə edirlər.
O əlavə edib: Son illərdə terrorçu qruplaşma olan İŞİD-in məhv olması və dağıdılması nəinki gözlənilmir, əksinə, İraqda qarışıqlığın artması, İraq rəhbərliyinin hərbi və təhlükəsizlik müdiriyyətinin təcrübəsizliyi və nəinki Yaxın Şərq, hətta beynəlxalq rejimlər üçün son illərin ən mühüm böhranları olan Suriya böhranlarının bu ölkəyə sirayət etməsi fonunda, İraqdakı yeni rejimin müxalifi olan regional və qlobal oyunçuların dəstəyi nəticəsində bu terrorçu qruplaşmanın daha da güclənəcəyi ehtimalı var.
Ərdəşir Pəşəng İŞİD terror qruplaşmasının gücünün artması, İraqın ikinci böyük şəhəri olan Mosula nəzarəti ələ keçirməkdə qüdrəti barədə deyib: Son zamanlar İŞİD terror qruplaşmasından yayımlanan foto və filmlərdən məlum olur ki, bu qruplaşma yeni silahlar və maşınlarla təchiz edilmişdir. Bu silah və texnikalar İraq ordusuna məxsus deyil. Bu da onu göstərir ki, bəzi regional və qlobal qüvvələr İŞİD-i birbaşa maddi və qərərgah xidməti texnikası ilə təmin edir və ona dəstək verirlər.
O, Mosul şəhərinin vəziyyəti barədə deyib: Kürdlər Dəclə çayının şimal və şimal-qərb məntəqələrindədirlər. İŞİD terror qruplaşmasının qüvvələri bu bölgələrə girə bilməyiblər. Halbuki, Mosulun ərəblər yaşayan bütün bölgələri, hətta qubernatorluq və mərkəzi bank binalarını da ələ keçirmişlər.
O əlavə edib: Verilən məlumatlara əsasən, fədakar qüvvələr (kamikadze – red) Mosulun kürdlər yaşayan regionunda yerləşmişlər. Onların İŞİD-lə qarşılaşmağa güclərinin çatacağı da nəzərə çarpır. Lakin hərbi baxımdan İraq Kürdüstanının lideri Məsud Barzaninin irəli komandasını gözlədikləri üçün hərəkətə keçməyiblər.
Ərdəşir Pəşəng əlavə edib: Məsud Barzani İŞİD terror qruplaşması ilə qarşılaşmaq əmrini İraqın baş naziri və ali baş komandanı Nuri əl-Maliki ondan istəyəndən sonra verəcək. Belə ki, onlar İraq hərbi qüvvələri çərçivəsində addım atacaqlar.
Yaxın Şərq məsələləri üzrə ekspert sonda bildirib: Əgər İŞİD terror qruplaşması Mosulun kürdlər yaşayan Cəlaliyyə kimi bölgələrinə soxulsalar, fədailər qüvvəsi avtomatik olaraq hərəkətə keçəcəklər.
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber