Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Tərtərdə evləri su basdı

Havanın kəskin dəyişməsi Tərtərə də ziyan vurub

Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları bir neçə kəndlərdə problemlər yaradıb.

Havanın kəskin dəyişməsi Tərtərdən də yan keçməyib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müvafiq xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan qaldırmaq üçün əraziyə cəlb edilib./ans/
1175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34