Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Vəhhabilər hədələdi: 250 000 nəfərin həyatı təhlükədə

İŞİD qüvvələri qəzalı vəziyyətdə olan Mosul su anbarını partladacaqlarına dair təhdidlər səsləndiriblər

Şimali İraqın Mosul vilayətini işğal edən İŞİD (İraq Şam İslam Dövləti) qüvvələri qəzalı vəziyyətdə olan Mosul su anbarını partladacaqlarına dair təhdidlər səsləndiriblər.

2003-cü ildə ABŞ-ın İraqa girməsindən sonra bölgədəki müharibə şəraiti ölkənin ən böyük su anbarını qəzalı vəziyyətə salıb.

Məlumata görə, 2007-ci ildə su anbarının yerli sakinlər üçün təhlükə yaratması barədə hesabat hazırlanaraq ölkədə olan ABŞ kontingentinin rəhbərliyinə təqdim olunub.

İŞİD qüvvələrinin həmin su anbarını partlatmasının isə bölgədə fəlakətə səbəb ola biləcəyi, Mosulla yanaşı Bağdadın da bəzi məhəllələrinin su altında qala biləcəyi qeyd edilir. Baş verə biləcək fəlakətin ən azı 250 000 nəfərə təsir edəcəyi bildirilir.

İraqda keçirdiyi əməliyyatlarda su anbarlarını əsas hədəfə götürən İŞİD qüvvələri bir müddət əvvəl Fəllucə su anbarından bir miqdar suyu təxliyyə edərək böyük əkinçilik ərazilərinin suyun altında qalmasına səbəb olmuşdu.
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33