Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

“Neməti dəmir arakəsmədən bizə sarı buraxmadılar”

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı əslində görüş mayın 28-də olacaqmış: “Gedə bilmədim. Düzü, əfv sərəncamına görə bir az ümidlənmişdim. Hazırlıq görməyə əlim gəlmirdi. Fikirləşirdim ki, bu dəfə əfv sərəncamında bəlkə Nemətin də adı olar. Amma ayın 26-da verilən əfvə Nemətin adı salınmadı. Çox məyus oldum.

İyunun 5-də görüşdük. Uşaqları da özümlə aparmışdım. Həmişə yaxından görüş verirdilər. Bu dəfə həbsxananın rəisi yaxından görüş vermədi. Neməti dəmir arakəsmədən bizə sarı buraxmadılar. Uşaqlarla çox pis əhvalda qayıtdıq.

Nemətin vəziyyəti çox pisdir. Çox arıqlayıb. Şəkər onu üzür. Havasızlıq, hərəkətsizlik və qapalı şərait onun səhhətinə təsirsiz ötüşmür”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib./mediaforum/
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı