Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Səddamın qızı İŞİD-ə qoşulmağa hazırdır

Əl-Həqiqət qəzeti xəbər verib ki, İraqın edam olunmuş diktatoru Səddam Hüseynin qızı Rəğəd Səddam bildirib ki; Tezliklə İŞİD qüvvələrinə qoşulmaq üçün əl-Ənbar səhrasına gedəcək.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, o İŞİD qüvvələrinin istəklərini təmin etmək üçün onlara qoşulmağa hazır olduğunu bildirib.
Rəğəd deyib: Mən tezliklə İŞİD-ə qoşulacam ki, İŞİD-də ilk mücahid qadın olum ki, onların istəklərini yerinə yetirim və onlarla birgə İraq ordusuna qarşı döyüşüm.
O, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını himayə etdikləri üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Qətərə də təşəkkür edib.
Qeyd edək ki, Rəğəd Səddam 2003-cü ildə atasının rejimi devrildikdən sonra İordaniyadan sığınacaq almış və o vaxtdan indiyə qədər İraqa gələ bilməmişdir.
1516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber