Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Kərbəlada iki partlayış törədilib

Kərbəla şəhərindən verilən xəbərlərə əsasən, ötən dəqiqələrdə Kərbəla şəhərində bir-birindən bir neçə dəqiqə fasilə ilə iki bomba yüklü maşın partladılıb.
İndiyə qədər hadisə nəticəsində ölü və yaralıların sayı haqqında məlumat verilməyib. Lakin Kərbəla əyalətinin təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə almış və maşınların hərəkətinə məhdudiyyət tətbiq etmişlər.
Qeyd etmək lazımdır ki, bu iki maşın Xənafəsə meydanında partladılmışdır. Bu meydan da Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzlin (ə) hərəmindən bir neçə kilometr uzaqda yerləşir. Buna görə də, müqəddəs hərəmlərə və ziyarətə gələnlərə heç bir xətər toxunmamışdır.
Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin bir neçə gün öncə İraq Şam İslam Dövləti (İŞİD) bəyənat yayaraq bildirmişdi ki, şəban ayının 15-i – İmam Hüseynin (ə) xüsusi ziyarət günü – milyonlarla ziyarətçinin İmam Hüseyn (ə) hərəminə ziyarətə gəldiyi günlərdə bəzi əməliyyatlar keçirəcək.

Nur-az.com
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı