Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Putin: “Krım Ukraynanın olub, Ukraynanın da qalacaq”

Rusiya prezidenti Vladimir Putinin 2008-ci ilin avqustun 30-da Baş nazir olduğu vaxt Almaniyanın ARD telekanalına verdiyi müsahibəsi üzə çıxıb.

Müsahibə zamanı Putinə Krım və Sevastopolun rus donanmasının bazası kimi Moskvanın növbəti hədəfi olacağı ilə bağlı sual verilib.

Putin isə jurnalistin sualını belə cavablandırıb: “Krım mübahisəli ərazi hesab olunmur. Rusiya Ukraynanın bügünki sərhədlərini çoxdan tanıyıb. Bizim sərhədlə bağlı danışıqlarımız sona çatıb. Hesab edirəm ki, Rusiyanın hədəfləri ilə bağlı hər hansı sual təxribatçı hisslər yaradır. Bizim burada (Cənubi Osetiya nəzərdə tutulur - red) heç bir hədəfimiz yoxdur. Ona görə də hesab edirəm ki, hansısa hədəfdən danışmaq düzgün deyil”.

Müsahibə zamanı Putin Krımın daxilindəki vəziyyətdən də danışıb: “Krımda cəmiyyətin daxilində çətin proseslər gedir. Orada Krım tatarları, Ukrayna, rus, ümumiyyətlə slavyan əhalisinin problemləri var. Lakin bu, Ukraynanın öz daxili işidir. Bizim donanmamızın saxlanılması ilə bağlı Ukrayna ilə 2017-ci ilə kimi müqaviləmiz var və biz bu müqaviləyə əməl edəcəyik”.
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15