Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Tale Bağırovun məhkəməsində baş verənlər kəskin pisləndi

Ötən gün Tale Bağırov məhkəməsi zamanı baş verən insidentə bağlı və eləcə də məhkəmə iştirakçılarının həbs olunması, jurnalist və hüquq müdafiəçilərinə kobud rəftarla bağlı hüquq müdafiəçiləri münasibət bildirib

İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov:
"Orada olan adamların qanunun aliliyi kimi prinsipdən heç bir məlumatı yoxdur. Mövqeyimiz çox kəskindir və belə hallara yol verilməməlidir. Bu qanunların ayaq altına atılmasıdır. Bizim əməkdaş da saxlanılanlar arasında olub. Əməkdaşımız Nicat İmranlını saxlayaraq bölməyə aparıblar. Qanunla onu 3 saatdan artıq saxlaya bilməzlər, amma 8 saata yaxın bölmədə saxlayıblar. Gördüklərini, birbaşa şahid olduqlarını bəyan etməyə hazırdır. Və mətbuat konfransında şahid olduğu halları açıqlayacaq. Həbs edilənlər dərhal azad edilməlidir. Əks halda, onların da həbsi birmənalı siyasi qiymətləndiriləcək və siyahıya daxil ediləcək. Jurnalist və hüquq müdafiəçilərinin işinə müdaxilə və o cümlədən, açıq olan məhkəmədə onların iştirakının təmin olunmamasına münasibətim çox mənfidir, bu əməl cinayət xarakterlidir və ciddi araşdırma başlanmalıdır, əks halda, bunun məsuliyyəti hakimiyyətin üzərində qalacaq, çünki orada vəzifəli şəxslər bu qanunsuz hərəkətləri ediblər."

Tale Bağırovun Hüquqlarının Müdafiə Komitəsinin üzvü, hüquq müdafiəçisi Namizəd Səfərov:
"Tale Bağırzadə cəmiyyətdə tanınmış şəxsiyyətdir. Ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğu da demək olar ki, hamıya bəllidir. Bu mənada, onun məhkəməsinə maraq güclüdür. Məhkəmə prosesində vətəndaşların iştirak etmək, ona qarşı irəli sürülən ittihamların mahiyyətini bilmək və sübutların mötəbərliyini araşdırmaq istəyi vətəndaşın hüququdur. Yəni hər bir vətəndaş açıq məhkəmə prosesində iştirak edə bilər.
Polis işçiləri və şəxsiyyətləri bəlli olmayan mülki geyimlilərin vətəndaşlara qarşı zorakılıqlara yol verməsi tam qanunsuzluqdur. Bu daha çox özbaşınalıq və gizli repressiya tədbirinə bənzəyir. Oraya toplaşan vətəndaşlar hüquqa zidd heç bir hərəkətə yol vermirdilər. Onların yeganə istəyi məhkəmə prosesində iştirak etmək arzusu idi. Məhkəmə iclas zalı balaca olduğundan iştirak etmək arzusunda olanların demək olar ki, böyük əksəriyyəti bayırda qalmışdı. Halbuki məhkəmə prosesini böyük zalda keçirmək və vətəndaşların, informasiya vasitələri nümayəndələrinin prosesdə iştirak istəyini təmin etmək məhkəmənin vəzifəsidir.
Onlara qarşı güc tətbiq edilməsi, onların həbsə alınması və hətta bəzilərinin barəsində cinayət işi qaldırılması yalnız repressiya tədbiri kimi qiymətləndirilə bilər. Hakimiyyət vətəndaşların gözünü qorxutmağa, onları siyasi proseslərdən çəkinməyə vadar etməyə çalışır."

"Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin sədri İlqar İbrahimoğlu:
"DEVAMM olaraq baş verənlərdən son dərəcə narahatıq. İstər Hacı Talehə qarşı qondarma ittihamlar baxımından, istər məhkəməyə gələn insanlara qarşı yolverilməz münasibət baxımından baş verənlər tərəfimizdən çox mənfi qiymətləndirilir. Nəticə etibarilə, Hacı Talehin məhkəməsinə gələnlərlə edilən rəftar, ona qarşı aparılan təzyiq və təhdidlərin davamı kimi qiymətləndirilməlidir.
DEVAMM olaraq, istər Hacı Talehin qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılmasına, istər məhkəmə iştirakçılarına qarşı rəftara, istərsə də 4 nəfərə qarşı cinayət işinin açılmasına etirazımızı bildiririk və bunu insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndiririk."/azadxeber.net
1837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00