Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

İŞİD Səddamın qəbrini dağıdacaqmı?!

İraq mediası bir neçə saat öncə İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Təkrit şəhərinə girdiyi barədə məlumat veriblər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Təkrit şəhəri İraqın sabiq diktatoru Səddam Hüseynin anadan olduğu şəhərdir və hazırda onun qəbri bu şəhərdə yerləşir. Onun qəbri onun tərəfdarları tərəfindən tez-tez ziyarət olunur.
Təqribən bir il öncə Suriyada terrorçular şirk bəhanəsilə məşhur səhabə Hücr ibn Üdeyin qəbrini uçurmuş və cənazəsini qəbirdən çıxarmışdılar.
Hazırda bu sual meydana çıxıb: Sələfi təfəkkür və etiqadına sahib olan İŞİD, tərəfdarları tərəfindən ziyarətgaha çevrilmiş Səddamın da qəbrini – İŞİD-in fikrincə bu ziyarətlər şirkdir – də dağıdacaqmı?!
Qeyd etmək lazımdır ki, əgər İŞİD Səddamın qəbrini dağıtsa, deyə bilərik ki, onlar qəbir ziyarətinin şirk olması kimi öz əqidələrində sabitdirlər. Lakin onlar İraqın sabiq diktatorunun qəbrini dağıtmasalar, onların iddiasının yalançı olduğunu biləcəyik. Bu zaman biləcəyik ki, Hücr ibn Üdey kimi məşhur və dəyərli səhabənin qəbrinin sökülməsi onun qəbrinin ziyarət olunmasının şirk olması ilə bağlı olmayıb. Əksinə, onlar Əhli-beyt (ə) məzhəbinin ardıcılları ilə düşmənçiliklərinə görə bu qəbiri sökmüşlər.
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP