Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

İŞİD İsrail silahları ilə döyüşür

Nəhreyn xəbər portalı Neynəva əyalətindək bəzi məlumatlı mənbələrə istinadən bildirib: Neynəva əyalətində dövlət orqanlarını ələ keçirmiş İŞİD qruplaşmasında İsrail silahları var. Bunlar da İraq ordusunun silahlarından çox güclüdür.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, məlumatlı mənbələr bildirib: Terrorçuların əlində olan maşınların hamısı 2014-cü ilin maşınlarıdır. Onların silahlarının əksəriyyəti İsrail silahlarıdır.
Onlar bildirib: İŞİD terror qruplaşması İraq ordusundan Mosul şəhərində ələ keçirdiyi silah və maşınların böyük bir hissəsini Suriyaya aparmışdır.
Qeyd edək ki, terrorçu qruplaşma olan İŞİD dünən Mosul şəhərini tam nəzarətə keçirmişdir. Bu qrup Baduş, ət-Təsfirat və Terrorizmlə Mübarizə İdarəsinin həbsxanalarına hücum edərək, minlərlə məhbusu azad etmişdir. İŞİD terrorçuları Mosuldakı silah anbarlarına hücum etməklə çoxlu sayda ağır texnikanı, o cümlədən helikopterlər, zirehli maşınlar və tankları ələ keçirə biliblər. İŞİD terrorçularının Mosula hücumundan sonra şəhər əhalisi kütləvi şəkildə şəhəri tərk etməklə məşğuldur.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP