Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

İraq ordusu Mosula girməyə hazırlaşır

İraqın yüksək rütbəli daxili təhlükəsizlik zabitlərindən biri Mosula yeni qüvvələrin girməsi və bu şəhəri terrorçulardan azad etmək üçün geniş əməliyyata tədarük gördükləri xəbərini vermişdir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, mənbənin bildirdiyinə görə, İraqın baş naziri və ali baş komandanı Nuri əl-Malikinin qərərgahı tərəfindən çevik və yüksək səviyyəli tədbirlər görülüb ki, İŞİD-in Mosula nəzarəti ələ keçirməsi böhranı və bu şəhərin azad edilməsi üçün hərəkətə keçilsin.
Mənbənin bildirdiyinə görə, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatına rəhbərliyi “əz-Zib” korpusunun keçmiş komandiri Əbul-vəlidə tapşırılmışdır.
Məlumata əsasən, Maliki güclü hərbi birləşməni komando, çevik reaksiya qüvvələri və Hərbi Hava Qüvvələrilə birgə Neynəva əyalətinə göndərmişdir. Bu qüvvələr şəhəri növbəti saatlar ərzində azad etməyə tədarük görürlər.
Adının açıqlanmasını istəməyən bu mənbə bildirib ki; İraq ordusunun ali baş komandanı Mosulda müqavimət göstərməyən və geri çəkilən komandirlərin edam hökmünü vermişdir.
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat