Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Ayətullah Xamenei 1052 məhbusu əfv etdi

Ali Dini Lideri Ayətullah Əli Xamenei 12-ci İmam həzrət Məhdi (əc) doğum günü münasibətilə həbsdə olan 1052 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani 12-ci İmam həzrət Məhdi (əc) doğum günü münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1052 məhbusun əfv edilməsi xahiş olunub.Ayətullah Seyid Əli Xamenei həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Xatırladaq ki, Hicri-qəməri təqvimi ilə şəban ayının 15-i (bu il iyun ayının 13-ü) 12-ci İmam həzrət Məhdi (əc) doğum günüdir.
3197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı