Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

Naxçıvanın cəbhə xəttində nə baş verir?

Bir neçə gündür ki, Naxçıvanın Ermənistanla sərhəd bölgəsində ciddi qarşıdurmalar haqqında məlumatlar gəlir. Belə ki, hətta Azərbaycan tərəfinin hərbi helikopterlərinin havaya qalxdığı da bildirilib.

Hərbi-ekspert Üzeyir Cəfərli Deyerler.Org-a vəziyyətlə bağlı açıqlama verəkən deyib ki, heç bir ciddi hadisə baş vermir: “Neçə vaxtdan bəri bu hadisələr mütəmadi olaraq Naxçıvan ərazisində baş verir. Biz Naxçıvandan mütəmadi xəbərlər alırıq. Əgər 1990-cı illərdə bu cür xəbərlər gəlsəydi, müəyyən qədər inanmaq olardı. Çünki, həmin vaxtlar Naxçıvanda etibarlı müdafiə sistemi yox idi. İndi isə Naxçıvanda Azərbaycanın ən böyük Əlahiddə Ümumqoşun Ordusu yerləşdirilib. Bu gün bu ordunun arsenalında ən müasir tanklar, hərbi helokopterlər, təyyarələr, artireliya qurğuları var.

Əslində burada irad olunası tərəf Müdafiə Nazirliyinin mətbuat xidmətdir. Nazirliyin mətbuat xidməti çevik işləməlidir, mətbuatla sıx əməkdaşlıq etməlidir ki, bu cür dezinformasiyalar olmasın.

Burada erməni tərəfindən yayılan bir xəbər də diqqəti cəlb edir. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən bir xəbər də yayılıb. Yuriy Xaçaturov deyir ki, əgər Naxçıvandan Ermənistana hücum olarsa, biz Rusiyaya arxalanacağıq. Diqqət edin biz iki-üç gündür deyirik ki, Ermənistan silahlı qüvvələri Naxçıvana hücum edir. Amma bu tərəfdən erməni rəsmisi bu cür fikir söyləyir. Həmişə olduğu kimi Ermənistan Azərbaycan tərəfini təxribata çəkir”.
1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat