Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

İmam Mehdinin (əc) mövludu mübarək

”Nimeyi-şəban” adlanan bu gecə öz misilsiz fəzilətinə görə Qədr gecələri ilə müqayisə edilir. İmam Baqir (ə) buyurur: «Nimeyi-şəban Qədr gecələrindən sonra ən fəzilətli gecədir.” Həmin gecənin fəzilətlərindən biri də əsrin imamı Həzrət Mehdinin (əc) bu gecədə dünyaya gəlməsidir. Həzrət hicri-qəməri 255-ci il, şəban ayının 15-ci günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır. Nimeyi-şəban gecəsinin əməlləri: qüsl etmək; gecəni dua, namaz və istiğfarla oyaq qalmaq; İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq; Kumeyl duası oxumaq; aşağıdakı zikrlərin hər birini 100 dəfə demək: “sübhənallah”, “əlhəmdulillah”, “Əllahu əkbər”, la iləhə illəllah”; İmam Sadiq (ə) buyurur: «İşa namazından sonra iki rəkət namaz qıl. Namazın birinci rəkətində «Həmd»dən sonra «Kafirun» surəsini, ikinci rəkətdə isə «Həmd»dən sonra «Tövhid» surəsini oxu. Namazı salamla tamamladıqdan sonra, 33 dəfə sübhanallah, 33 dəfə əlhəmdulillah, 34 dəfə Əllahu əkbər zikrlərini de…; Cəfəri Təyyar namazı qılmaq; İmam Mehdini (əc) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir…

Nur-az.com
2227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07