Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Rusiya imzaladığı müqaviləyə sadiq qalmalıdır

İranın müdafiə naziri: “Rusiya S-300-lərin İrana təhvil verilməsi ilə bağlı imzaladığı müqaviləyə sadiq qalmalıdır”

Rusiya S-300 PMU-1 zenit-raket komplekslərinin İrana təhvil verilməsi ilə bağlı öz vəzifələrini yerinə yetirməli, imzaladığı müqaviləyə sadiq qalmalıdır”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri, general Hüseyn Dehqan bildirib.

Onun sözlərinə görə, sanksiyalar müqavilənin şərtlərinin yerinə yetirilməsindən imtina üçün bəhanə olmamalıdır: “Bu müqavilənin həyata keçirilməsinə ABŞ və onun müttəfiqlərinin tövsiyələri mane olur. Halbuki iki ölkə arasında müqavilə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi qətnamələrdən əvvəl imzalanıb”.

Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə S-300 PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.
1554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45