Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

Slavyansk şəhərinə yeni xalq meri təyin olunub

Etirazçılar Slavyansk şəhərinə yeni xalq meri təyin ediblər. “İTAR-TASS”ın verdiyi xəbərə görə, bu vəzifəyə Vladimir Pavlenko layiq görülüb. Müvafiq qərar Slavyansk etirazçılarının lideri İqor Strelkov tərəfindən verilib. Slavyansk döyüşçülərinin komandanı İqor Strelkovun əmrinə əsasən, şəhərdə yeni xalq meri təyin olunub. Bu vəzifəyə Slavyansk şəhərinin əmək və sosial müdafiə idarəsinin rəhbəri Vladimir Pavlenko layiq görülüb, deyə məlumatda bildirilib.

Şəhərin əvvəlki rəhbəri Vyaçeslav Ponomaryov istefaya göndərilərək həbs olunub. Ona qarşı şəhərin sərəncamına daxil olan pul vəsaitlərinin məqsədli təyinatı üzrə istifadə etməmək ittihamı irəli sürülüb, deyə məlumatda bildirilir./apa/
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı