Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

Terrorçular İraqda daha 2 şəhəri ələ keçiriblər

“İraq və Şam İslam Dövləti” qruplaşmasının silahlı dəstələri ötən gün Diyala əyalətində 2 şəhəri ələ keçiriblər.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, Calaula və Əs Səudiyyə şəhərləri ekstremistlərin nəzarətinə keçib. Calaula əyalətin inzibati mərkəzi olan Bəəkübə şəhərindən 70 km şimal-şərqdə, paytaxt Bağdaddan isə 115 km aralıda yerləşir.

Şahidlərin sözlərinə görə, qeyd olunan şəhərlərin müdafiəsini təmin edən ordu və polis hissələri müqavimət göstərməsən şəhəri tərk ediblər.

Xatırladaq ki, “İraq və Şam İslam Dövləti” qruplaşmasının silahlı dəstələri ölkənin Mosul və Tikrit kimi böyük şəhərlərini ələ keçirərək paytaxt Bağdada hücum etmək niyyətində olduqlarını bəyan ediblər.
1211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber