Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

Arzu Rəhimovun oğlunun sürdüyü maşınlar...

Bu general ovladıdır " Papan ölməyib sənin can papanın gul balası"

DİU-nun 3-cü kurs tələbəsi olan Murad Rəhimov çox bahalı «Mercedes E Klass»da gəzir

General-leytenantın övladı atasının pulları ilə dünyanın elit ölkələrində kef çəkir.Ölkə prezidenti İlham Əliyevin harınlamış məmurların övladlarına qarşı sərgilədiyi münasibət ortadadır.

Maraqlıdır, bir sıra məmurlar və onların övladları ölkə başçısının ən sərt formalı xəbərdarlığından sonra belə şəhərin müxtəlif yerlərində, hətta mərkəzi küçələrində «avtoş»luq edir, qanunlara məhəl qoymadan müxtəlif səsgücləndiricilərdən istifadə edir, hətta günün günorta çağı dava-dalaş, mübahisələr törədirlər.

Generalın oğlu iki imtahandan kəsilib

Maraqlı məsələlərdən biri də bəzi məmur övladlarının yaşadıqları bahalı həyat şəraiti ilə bağlıdır. Belə ki, müxtəlif dövlət idarələrinə rəhbərlik edən bir qrup məmurun uşağı bahalı maşınlarda gəzərək, həmçinin dəbdəbəli villalarda yaşayaraq sadə həyat tərzi keçirən vətəndaşlara yuxarıdan aşağı baxırlar.
Bu baxımdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun oğlu Murad Rəhimovu xüsusi vurğulamaq lazımdır. Diqqətinizə çatdıraq ki, generalın oğlu Naxçıvan Muxtar Respublikasında anadan olub. 2011-ci ildə 505 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul olan Murad Rəhimov maliyyə fakültəsinin 600-cü qrupunun 3-cü kurs tələbəsidir.
Qeyd edək ki, Murad Rəhimov ADİU-ya qəbul olduqdan sonra məmur oğlu olduğunu hiss etdirib. Belə ki, o, universitetə qəbul olanda atası hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyirdi: «Murad elə birinci kursdan özünü göstərməyə başladı. İlk dərs günündən ali məktəbə maşınla gəldi. Atasının vəzifəsinə arxayın olaraq maliyyə fakültəsinin müəllimləri ilə ürəyi necə istəyir o cür də rəftar edir».
Xidmət rəisinin oğlu ilə bağlı apardığımız araşdırmaların nəticəsində çox maraqlı faktları üzə çıxarmışıq. ADİU-nun maliyyə dekanlığından aldığımız məlumata görə, yay imtahan sessiyası başlayandan Murad Rəhimovun tələbəsi olduğu 600-cü qrup artıq iki imtahan verib: «Maliyyə ixtisasında təhsil alan Murad Rəhimov bank işi və investisiya maliyyələşməsi və kreditləşməsi fənnindən imtahan verib.
O, bank işi fənnindən ümumi 50 bal, investisiya maliyyələşməsi və kreditləşməsi fənnindən isə 40 bal yığaraq kəsilib». Görünən odur ki, xidmət rəisinin övladı yay semestri boyunca dərslərinə istənilən səviyyədə hazırlaşmayıb. Və bunun məntiqi nəticəsi olaraq imtahanda müvəffəqiyyət qazana bilməyib.

Yəqin ki, imtahanlardan kəsilmək məmur övladı üçün elə də problem sayılmaz. Axı nə də olmasa Murad general oğludur, atası onun kəsir imtahanlarını nə yolla olur-olsun düzəltməyə çalışacaq. Amma bu bir qədər çətindir. Çünki Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru yeni təyin olunub. Eşitdiyimizə görə, rektor Ədalət Muradov tapşırığa-filana, «bu filankəsin oğludur, tanışıdır» prinsipinə baxan deyil və tələbənin sırf biliyinə qiymət verir. Odur ki, Muradın kəsir imtahanlarının düzələcəyi barədə qurduğu xəyal suya düşə bilər.

Murad Rəhimov vəhşi heyvan həvəskarı imiş

Böyük ehtimalla Murad Rəhimovun imtahanda zəif nəticə göstərməsinə istirahətinə və əyləncəsinə daha çox vaxt ayırması olub. Əksər məmurların övladları kimi, general-leytenantın oğlu da yaşadığı bahalı həyat tərzini ictimailəşdirib və istirahət etdiyi yerlərdə şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Araşdırmalarımızın nəticəsində bəlli oldu ki, məmurun oğlu dünyanın ən bahalı şəhərlərindən sayılan Mayami və digər şəhərlərdə bir neçə dəfə istirahət edib.
«Facebook» sosial şəbəkəsindəki şəkillərdən də aydın görünür ki, Murad Rəhimovun getdiyi yerlər çox bahalıdır. ADİU-nun 3-cü kurs tələbəsi Mayaminin ən elit məkanlarına gedərək atasının «halal» yollarla qazandığı pulları sağa-sola, kef məclislərinə xərcləyib. Sən demə, Murad həm də vəhşi heyvanların həvəskarı imiş. Şəkildə məmur övladının qucağına aldığı heyvan timsah balasıdır.
Arxa fondakı isə iri timsahdır. Kasıb insanların balası səngərdə düşmənlə üz-üzə dayandığı, can qoyduğu halda, Arzu Rəhimovun oğlu vəhşi heyvanlarla şəkil çəkdirib sosial şəbəkələrə yerləşdirir. Arzu müəllim, buna nə sözünüz var? Həmişə deyirsiniz ki, «Gündəlik Bakı» mənim haqqımda həqiqəti əks etdirməyən məlumatlar yazır. Bəs bu faktlara sözünüz nədir?
Bu sizin üçün əlahəzrət fakt. Şəkillərə diqqətlə baxın və özünüz qiymət verin. Generalın və oğlunun nəzərinə bir məsələni çatdırmaq istəyirik. Bu vaxta qədər hansı məmurun övladı həyat tərzini ictimailəşdiribsə, aqibəti heç də yaxşı olmayıb. Ya atasını tutduğu vəzifədən çıxarıblar, ya da özünə qarşı müvafiq cəza tədbirləri görüblər.

Bu aqibət sizləri də gözləyir, yoldaş Rəhimov!

ADİU-nun 3-cü kurs tələbəsinin bahalı avtomobil kolleksiyası...

Murad Rəhimovun barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, ADİU-nun 3-cü kurs tələbəsi son model «Mercedes E Klass» avtomobili sürür ki, onun qiyməti nə az, nə çox 100 minlərlə ABŞ dollarıdır. «Auto.az» saytında həmin avtomobilin müxtəlif şəkilləri yerləşdirilib.

Universitet tələbəsi qara rəngli maşınına 90 KS 009 nömrəsini vurub. Deyilənə görə, daha çox axşam saatlarında şəhəri seyrə çıxan Arzu Rəhimovun balası yol hərəkəti qaydalarını pozaraq öz bildiklərini edir.

Buna baxmayaraq, yol polisi əməkdaşları ona «gözün üstə qaşın var» demirlər. Çünki Murad yol polisləri onu saxlayanda atasının adını verib yoluna heç bir şey olmamış kimi davam edir.

ADİU tələbəsinin yüksək sürətlə idarə etdiyi avtomobili ilə qəza törətməyəcəyinə heç kim zəmanət verməyib. Bu yaxınlarda «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov bahalı avtomobili ilə ağır yol qəzası törədərək xalq artisti Ağasəlim Abdullayevin ailəsinə hüzn yaşatdı. Muradın da bu cür hadisələrə səbəb olmamasından ötrü yol polisi əməkdaşları onun barəsində lazım olan tədbirləri həyata keçirməlidir.

Oğul Rəhimovun avtomobil kolleksiyasında olan avtomobillərdən biri də 90 DF 550 nömrəli «BMW 530»dur. Bu avtomobilin qiyməti isə 100 min dollara yaxındır. «Auto.az» saytında bu maşının da şəkilləri yer alıb. Verilən məlumata əsasən, Murad 90 KS 009 nömrəli «Mercedes E Klass»ı alandan sonra «BMW»ni az-az sürür.

Bu general ovladıdır

Maraqlıdır, 3-cü kurs tələbəsi olan və heç yerdə işləməyən Murad Rəhimov dəyəri 100 minlərlə ABŞ dolları olan son model «Mercedes»i, yaxud «BMW»ni necə alıb? Arzu Rəhimov biz bunu bilmirik, siz uşağın atasısınız bu sualın cavabını bilirsinizsə, deyin biz də bilək. Aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirik ki, Arzu Rəhimovun oğlunun sürdüyü maşınların və xarici ölkələrdə keçirdiyi istirahətin maliyyə mənbəyini araşdırıb üzə çıxarsınlar. Növbəti saylarımızda Murad Rəhimovun Bakıda istirahət etdiyi məkanlar, dostları ilə hansı əyləncə növünə üstünlük verməsi və digər maraqlı məqamlarla bağlı şok faktları açıqlayacağıq./cumhuriyyet/
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı