Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

İraq ordusu Mosulun iki rayonunu azad edib

İraq ordusu Mosul şəhərinin 2 rayonunu – Qüds və Təhrir rayonlarını silahlılardan azad edib.

Bu barədə İraq Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Xani əl Muin bildirib. Onun sözlərinə görə, terrorçuların əsas mövqelərinə hava zərbələri endirilib. “Əl Manar telekanalının məlumatına görə, “İraq Şam İslam dövləti” qruplaşmasının silahlıları tələsik şəhəri tərk etməyə başlayıb.

Məlumata görə, İraq ordusu aviasiyanın dəstəyi ilə dörd istiqamətdən Mosul şəhərinin aeroportuna hücuma keçib.

Bundan başqa, ordu qüvvələri Əl Kərəm şəhəri yaxınlığında terrorçuların hücumunu dəf edə biliblər. “İraq Şam İslam dövləti”nin dəstələri həmçinin Samirra, Tikrit və Bəəkübə şəhərlərindən çıxarılıb.
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02