Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

"Gülər Əhmədovanın ürəyindən idi ki, anam dünyasını dəyişsin"

2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov uzun müddətdir ki, susqunluq nümayiş etdirir. Sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasından sonra bu mövzu ilə bağlı demək olar ki, danışmayan A.Məmmədov "Yeni Müsavat"a müsahibəsində xeyli yeni nüanslar açıqlayıb.

- Ayxan bəy, Səlcuq Ağlayan bizə müsahibəsində bildirdi ki, tezliklə Azərbaycana gələcək və Sevinc Babayevanın məzarını ziyarət edəcək. Bundan başqa, sizinlə də, nənənizlə də görüşəcək. İş adamı dedi ki, "Sevincin anasının əllərindən öpəcəm"... Siz nə deyirsiz? Görüşəcəksizmi onunla, qəbul edəcəksizmi onu?

- Səlcuq Ağlayan gəlsə onunla görüşərik. Niyə görüşməyim ki? Amma o, hər dəfə deyir gələcəyəm, sonra gəlmir. Məncə o, Azərbaycana gəlməyə çəkinir.

- Türmədən çıxandan sonra Gülər Əhmədova Sevinc Babayevanın məzarını ziyarət edib?

- Yox, elə şey olmayıb. Əgər xəbər tutsam ki, ora gedir, qoymaram heç. Qovaram onu anamın məzarının üstündən. Sağlığında anamı çox incidib. Ruhunu incitməyə qoymayacağam.

- Getsə belə, bununla bağlı hardan xəbər tuta bilərsiz?

- Ola bilər də kimsə xəbər etsin məzarlıqda. Amma mən onun anamın qəbrinə baş çəkməsinə heç vaxt yol vermərəm. Bununla belə, xəbərim var ki, getməyib. Özü də ki, niyə getməlidir anamın məzarına? Guya o, bizi belə çox istəyir-filan? Onun ürəyindən idi ki, anam dünyasını dəyişsin. Bu hadisədə hər şey onun istədiyi kimi baş verdi.

- Çıxandan sonra Gülər Əhmədovanın sizinlə, nənənizlə, xalanızla heç bir əlaqəsi, telefon danışığı, ziyarəti olmayıb?

- Yox, heç mən qoyaram? Özünüz düşünün də, o, bizimlə nə danışacaq axı? Cəzasını heç tam çəkmədi, çıxdı bayıra. Amma biz anamızı itirdik. Olan oldu, keçən keçdi. Anamın da qanı ortada qaldı. Onunla danışmağın da mənası yoxdur. Mən bilsəm ki, onla danışmaq nəyisə dəyişəcək, danışardım. Amma bilirəm ki, heç nə dəyişməyəcək. Mənasızdır axı. O, çox qorxulu adamdır. Ondan heç vaxt heç kimə xeyir gəlməz.

- Özünüz onunla əlaqə yaratmaq istəmirsiz?

- Yox, o, özü mənimlə əlaqə yaratmalıdır. Mən onu niyə axtarmalıyam bambılı kimi? O, mənə zəng etməli, üzrxahlıq etməlidir. Əlindən gələni etməlidir ki, ürəyimi alsın. O, mənə doğru bir addım atmayandan sonra niyə mən ona tərəf getməliyəm ki?

- Yaxşı, bəs sizin həyatınız necə davam edir? Ananızdan sonra necə qurduz həyatınızı?

- Bilirdiz, mən ailə qurmuşdum. Bir oğlum dünyaya gəlib. 8 aylıqdır indi. Adını Hüseyn qoymuşuq. Başım elə ona qarışıb.

- İş tapdınızmı? Daha öncəki danışıqlarımızda işsizlikdən əziyyət çəkdiyinizi demişdiz...

- Hə, yenə işsizəm. İş tapmaq çətindir.

- Bəs necə dolanırsız?

- Allaha şükür, heç kim acından ölmür. Hərdən pul tapılır, dolanırıq.

- İşlə bağlı harasa müraciət etmisizmi?

- Müraciət deyəndə ki, prezidentə məktub yazdım. Məni dərhal Məşğulluq İdarəsinə çağırdılar. Orda da iki iş təklif elədilər. Suvaqçı-filan... Mən də dedim ki, prezidentə ona görə müraciət etməmişəm ki, mənə belə bir iş təklif edəsiz.

- Hər halda maraqlıdır, prezidentə müraciətinizə dərhal reaksiya verildi. Bu reaksiya Sevinc Babayevanın ailəsinə xüsusi qayğıdan xəbər verir?

- Mən bir neçə dəfə prezidentə məktubla müraciət etmişəm. Hər dəfə də mənə cavab verilib. Daha çox anamın məsələsi ilə bağlı. Məsələn, Gülər Əhmədovanın məhkəməsi zamanı gündə 4-5 dəfə məktub yazırdım.
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı