Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

Ayətullah Sistani cihad elan etdi

Ayətullah Əli Sistani: "Əli silah tutan hər kəs ayağa qalxmalıdır"

Ayətullah Əli Sistani İŞİD-ə qarşı cihad elan edib.

Ayətullah Əli Sistani fətva verib ki, İraqda yaşayan şiələr ölkələrini, torpaqlaqrını terrorçulardan qorumalıdır.

“Əhli beyt düşmənləri yenə meydandadır. İş o yerə çatıb ki, terrorçular müqəddəs torpaqlarımız olan Nəcəf və Kərbəlaya hücum etmək istəyir”, - Ayətullah Əli Sistani deyib.

Dini lider bildirib ki, müqəddəs torpaqları İŞİD-dən qorumaq üçün əli silah tutan hər kəs ayağa qalxmalı, İraq ordusuna dəstək verməlidir: “İslamın zəfəri üçün birlikdə hərəkət etməliyik”.
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<