Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Rusiya Ukraynaya etiraz notası verib

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya məxsus hərbi zirehli avtomobilin Rusiyanın dövlət sərhədini pozması ilə əlaqədar rəsmi Kiyevə etiraz notası verib.

“Gazeta.ru” saytının verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər idarəsinin açıqlamasında deyilir.

"Bu hərəkəti beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması, Ukraynanın cənub-şərqində silahlı münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı addım kimi qiymətləndiririk”, sənəddə qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyi ikitərəfli dialoqun bərpa prosesinə əngəl törədən təxribatlara son qoymağa çağırıb.

Məlum olduğu kimi, iyunun 13-ə keçən gecə Ukrayna ordusunun zirehli avtomobili Rusiyanın dövlət sərhədini pozub.
1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...