Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Dünya çempionatı - 2014

İspaniya – Hollandiya - 1:5 

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda mübarizəyə start verilib.

Qrupun favoritləri olan İspaniya Hollandiya ilə qarşılaşib.

Bu qarşılaşma prinsipiallığı ilə də diqqət mərkəzində olub. Belə ki, bu komandalar 2010-cu ildə CAR-da keçirilən DÇ-nin finalında üz-üzə gəlib. İspaniya həmin görüşdə “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın əlavə vaxtda vurduğu yeganə qol ilə qalib gəlməklə ilk dəfə mundial qalibi adını qazanmışdı.

Braziliyada keçirilən mundialda isə ispanlar acı məğlubiyyətlə üzləşiblər. Hesabı İspaniya millisi açsa da, Hollandlar tez bir zamanda toparlanaraq, rəqibin qapısından 5 top keçiriblər. Bu toplardan ikisini Robin van Peri, ikisini isə Arien Robben vurub.

Çili – Avstraliya - 3:1
B qrupunun digər görüşündə isə Çili və Avstraliya qarşılaşıb.

Bu iki komanda az da olsa qrup ikinciliyinə ümid bəsləyir. Kifayət qədər gərgin keçən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP