Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Hakim partiyanın 2 funksioneri öldürüldü

Cinayəti törədənlərin ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir

Türkiyə Adıyaman şəhərinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan məclis üzvü Osman Öztürk və AKP-dən olan sabiq bələdiyyə sədri Arif Karatekin məruz qaldıqları silahlı hücumda öldürülüblər.

Arif Karatekinin idarə etdiyi avtomobil naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Hücum vaxtı 49 yaşlı A. Karatekin hadisə yerində ölüb, 51 yaşlı Osman Öztürk və avtomobildə olan digər AKP üzvü 37 yaşlı Zeynal Aksoy ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Xəstəxanada həmiklərin müdaxiləsinə baxmayaraq Öztürkün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı istintaq başladılıb və cinayəti törədənlərin ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...