Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

İraq Tikrit və Beciyə hücuma keçdi: 40 ölü, 30 yaralı

İraq Hava Qüvvələri Səlahəddin vilayətinin Tikrit şəhəri və Beci mahalına hücuma keçib.

Silahlı hücum Baş nazir Nuri Əl Malikin tabeçiliyində olan, ancaq hökumətin himayəsindən çıxaraq İŞİD tərəfə keçmək istəyən qrupların olduğu əraziyə edilib. Hücum nəticəsində 40 nəfər ölüb, 30-u yaralanıb.

Tikritdə yerləşən Səddam Camisi və Becidəki Əl-Fəth məscidi də hücumlara məruz qalıb.

Xatırladaq ki, qarşıdurma Tikrit və Becində cümə xütbəsi zamanı İŞİD-in xalqa və təhlükəsizlik güclərinə tövbə etdirərək hökumətin himayəsindən çıxmalarına dair çağırışı zamanı baş verib.
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber