Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Ukraynada vurulan təyyarədə 49 nəfər olub

Ukraynanın Luqansk vilayətinin hava limanı yaxınlığında hərbi-hava qüvvələrinə məxsus İl-76 təyyarəsi vurulub.

Ukrayna Müdafiə Nazirliyi təyyarənin hava limanına eniş etməyə hazırlaşarkən Rusiya-yönümlü qüvvələr tərəfindən vurulduğunu açıqlayıb.

Hadisə baş verərkən Luqansk hava limanı yaxınlığındakı təhlükəsizlik kamerasının qeydə aldığı kadrlar da yayılıb. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi-nəqliyyat təyyarəsində əksəriyyəti hərbçilər olmaqla, 49 nəfər olub. İtki sayı barədə isə hələlik dəqiq məlumat yoxdur. Təyyarənin zenit raket kompleksi və irikalibrli pulemyotla vurulduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Slovyansk şəhərində də humanitar yardım daşıyan An-26 təyyarəsi Rusiya-yönümlü qüvvələr tərəfindən vurulmuşdu. Mayın sonunda isə Slovyanskda helikopterin vurulması nəticəsində biri general olmaqla, 14 hərbçi həlak olmuşdu./ans/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...