Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Cəlilabadda 12-ci imamın mövlüdu qeyd olunub

Rayonun tanımış din xadimlərinin və möminlərin qatıldığı bayram mərasimi müqəddəs "Qurani-Kərim"in ayələrinin oxunuşu ilə başlayıb

İmam Mehdinin (ə) mövludu münasibəti ilə Cəlilabadın "Cümə" məscidində tədbir təşkil olunub.

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun tanımış din xadimlərinin və möminlərin qatıldığı bayram mərasimi müqəddəs "Qurani-Kərim"in ayələrinin oxunuşu ilə başlayıb.

"Cümə" məscidinin axundu Hacı Mahmud bildirib ki, bu müqəddəs dini bayram olmaqla yanaşı, həm də zülmə təslim olmayanların, ədalətsevər insanların, Allahın böyüklüyünü uca tutanların bayramıdır. Quran tilavətçisi Hacı İlkinin sözlərinə görə, hazırda bu kimi dini bayramların təntənə ilə keçirilməsi gəncələrə milli vətənpərvərlik ruhu aşılamaqla onlara İslamın əsl fəlsəfi mahiyyətin anlatmağa yardımçı ola bilər.

Məclisdə ehsan süfrəsi açılıb. Bayram tədbiri "Aşiqlər" qurupunun üzvlərinin imam Mehdinin şəninə həsr olunmuş dini nəğmələrin ifası ilə davam etdirilib.

İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox "Mehdi", "Qaim" və "Sahib-əz-zaman" ləqəbləri ilə məşhurdur.
1205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber