Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

“Bu millət sənin üzünə tüpürür”

“Bu millət sənin üzünə tüpürür” -Ərdoğan Klıcdaroğlunu təhqir etdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Klıcdaroğlunu təhqir edib. Rizədə tədbirlərin birində çıxış edən Ərdoğan Klıcdaroğluna xitabən “Bu millət sənin üzünə tüpürür deyib”.

Çox qəzəbli şəkildə danışan baş nazir CHP liderinin ünvanına ağır ittihamlar səsləndirib.

“Müxalifət artıq özünü itirib. Əllərinə tikan batsa belə hökuməti suçlu çıxaracaq bir hala gəldilər. Mosulda əsir götürülən personalı evlərinə qaytarmaq üçün çalışırıq. Onlar isə bundan necə retinq qazanmağın dərdindədirlər. Onların dərdi İŞİD-i təhrik etməkdir. Bir neçə gün öncə, Avropada iqtisadiyyatı ən inkişaflı olan ölkələrin adları açıqlandı. Türkiyə birinci oldu. Son bir həftədə iki böyük projeni həm Türkiyə, həm də dünya gündəminə çıxardıq. Bunların isə gündəmi fərqlidir. Yatsınlar, dursunlar, Ərdoğan haqqında nə gəldi danışsınlar. Bu Klıcdaroğlu deyilən adam utanmadan, bayrağı Ərdoğan endirdi deyir. Bu millət sənin üzünə tüpürür. Sən bunu Ərdoğana necə deyə bilərsən? Sən Hakkariyə türk bayrağı ilə deyil, PKK-nın yanında gedən adamsan. Sən öncə güzgüyə bax, kimə nə söylədiyini bil. Sən Bəşər Əsədlə birlikdəsən, biz üz-üzəyik. Sən qatillərlə bir yerdəsən, biz qarşı-qarşıya”.
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06
<