Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

İranda "əl-Qaidə" ilə əlaqəli olan 30 nəfər həbs edilib

İranın Kəşfiyyat Nazirliyi son üç ay ərzində "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan 30 nəfəri ələ keçirdiyini bəyan edib.

İRNA agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin kəşfiyyat nazirin müavini höccətül-islam Xəzai məlumat verib.

O, Məşhəd şəhərindəki cümə namazı xütbələrində ölkə təhlükəsizlik qüvvələrinin xüsusilə təkfirçiliyin geniş yayıldığı bir vaxtda daha fəal və diqqətli olduğunu bildirib: “İranın Kəşfiyyat Nazirliyi 11 sentyabr hadisələrindən sonra "əl-Qaidə" məsələsi ilə birbaşa maraqlanmaq məcburiyyətində qaldı. Bu terrorçu qruplar təhlükənin hökm sürməsi və ölkədəki məqbərə və ziyarətgahlarda terror aktlarının həyata keçirilməsi üçün hər şey edirlər. Onlar bizim məmurlarımızın ayıqlığı sayəsində ələ keçiblər.”/SalamNews/
1223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı