Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Başı kəsilən qızın anası danışdı

Elçin evimə bir neçə dəfə basqın edib.

"Elçin Qasımov bir neçə dəfə evimə basqın edib. Özü də hər dəfə gələndə əlində tüfəng və bıçaq olub. Sonuncu dəfə polisə məlumat verdim, tutub apardılar. Amma nədənsə bir müddətdən sonra azadlığa çıxdı".

Bu sözləri iyunun 13-ü Gədəbəydə gözəllik salonunda başı kəsilən Fəxriyyə Aslanovanın anası deyib. Onun sözlərinə görə, Elçin Qasımovla qızı Fəxriyyə Aslanova bir il öncə rəsmi şəkildə boşanıblar. Amma buna baxmayaraq Elçin Qasımov onun qızını tez-tez narahat edirmiş. Hətta hadisədən bir neçə gün öncə o, əlində bıçaqla Aslanovaların yaşadığı evə basqın edib. Bu barədə polisə məlumat verdiyini deyən mərhumun anası Elçin Qasımovun Gəncə şəhər Məhkəməsində hakim işləyən qohumuna görə iki gün sonra sərbəst buraxıldığını iddia edib.

Xatırladaq ki, rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil. Hazırda qətli törədən şəxsin axtarışı davam edir. Qeyd edək ki, adıçəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./apa/
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...