Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

“Bu sahələr Azərbaycanın işğalı altındadır”

“Qarabağ probleminin həll yolu “Dağlıq Qarabağ Respublikasının” sülhsevər müzakirələr nəticəsində beynəlxalq tanınmasıdır”. Bu sözləri ATƏT-in Minsk Qrupunun bəyanatını şərh edərkən, Ermənistanın parlament sədrinin yardımçısı və “Respublikaçılar” Partiyasının mətbuat katibi Eduard Şarmazanovdan deyib. Ermənistanın “NEWS.am” saytına açıqlamasında o, deyib:

«Dağlıq Qarabağ məsələsinin həlli, işğal edilən sahələrdən (?) Azərbaycan qüvvələrinin çıxmasıdır. Bəli, işğal edilmiş sahələr var və sahələr Azərbaycan işğalı altındadır; bunlar Getaşen (Çaykənd) və Martunaşen (Qarabulaq) bölgələridir. Qarabağ məsələsinin sülhsevər həllinin alternativinin olması mütləqdir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrinin verdiyi bəyanatda yazılmışdı: “Atəşkəs problemi həll etmədi. Həllin olmaması nəticəsində yüz minlərlə insan yerlərindən didərgin düşüb. Sərhəddə təzyiqin yüksəlməsi istiqamətində daimi təhdid mövcuddur. Bu da onu göstərir ki, status-kvo-nu nə qədər qoruyub saxlamaq mümkün olacağı məlum deyil”.
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR