Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2017

Şeyx Sərdara borcum - Şeir

Ölümü də həyat qədər
sevənlər var arada.
Ağ sevən, mavi sevən var,
atılmayıb qara da.

Seviləni tanımasan
sevənin həvəsin gör!
Rəqqasələr, saqilərin
Yezidə busəsin gör.

Gəl iki eşq arasında
gecə-gündüz savaşdı...
Bir şəhərdə iki aydı
mürşidin yeri boşdu.

Tanımırdım, tanımışam
sevənlərin sözündən,
Bir şəkli var, təmizliyin
oxuyarsan gözündən.

Aparıblar bələdçini,
karvan qalıb yol üstə.
Sındırıblar kuzələri
təşnələr son nəfəsdə.

Karvanda bir zümzümə var,
ay allahsız, qulaq ver.
Allah, Allah, Allah, Allah -
çağırırlar, maraq ver.

Vay halına səndən qabaq
Allah aça qapını.
Sellər alıb aparacaq
tüfəngini, topunu.

Allah qalxan altda əzir,
bel bağlama qılınca.
Çəkil yoldan, karvan düşsün
Sərdarının dalınca...

20 aprel 2017

Hacı Arzu Eyvazov
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP