Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2017

Qaxda faciə: 25 yaşlı gənc öldü

Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, hadisə mayın 7-i, günorta saatlarında Qum kəndində baş verib.

1992-ci il təvəllüdlü, Qum kənd sakini Səxavət Cabir oğlu Mikayılovun meyiti kənddən keçən Qum çayının qolundan həmkəndliləri tərəfindən tapılıb.

Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 25 yaşlı Səxavət Mikayılov ehtiyatsızlıqdan yıxılıb və başı çaydakı daşa dəyib. Nəticədə huşsuz vəziyyətdə olan Səxavət Mikayılov boğularaq ölüb.
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
16.01.18, 17:24