Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2017

AĞLARAM - Şeir

Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Üç pərli ox Kərbəladə bir an taxilmişdir yayə,
Necə mən ağlamayim könlüm meyil salmiş ayə?
Qanlı başnan gəldi namə Hüseyn deyən Rüqəyyayə,
Çox oldu orda Hüseynindən nigaran ağalaram.
Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Rəsulullahın gülü, eşqi, könül yarı mənəm,
Mən Әli aşiqiyəm, Fatimə gülzari mənəm.
Demisən Kәrbəladə Hüseyn ələmdarı mənəm,
Kim desə nədi qeyrət, göstərib nişan ağlaram.
Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Әn böyük ağir gündür bizçün Hüseynin matəmi,
Həm hidayət çiraği, həm də nicat üçün gəmi.
Bir tərəfdən səhrada qalxib Әbəlfəz pərçəmi,
Olaram mən hər zaman qollara qurban ağlaram.
Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Ey ağam, sözsüz bilirsən ki, sənə can ağlıyır,
Eşqində matəm tutur, səninçün hər yan ağlıyır.
Həsrətdən divanədir şahim, Həsən qan ağlıyır,
Qalmayib gözlərdə yaş, gözləri ətşan ağlaram
Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Ey ağam, aşiqlərin cövri cəfasiz dəfn olar,
Kim deyir görməz səni, şövqi-səfasiz dəfn olar.
Qorxuram bir gün Həsən Kərbübəlasiz dəfn olar,
Ol səbəbdən sizlaram hər gecə pünhan ağlaram.
Kərbəla səslə məni, çün hər gecə qan ağlaram,
Səslərəm Әbbasimi, gözləri giryan ağlaram.

Hәsәn Süleymanzadә
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?