Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2017

7 MANAT OLAN ƏT, 10-12 MANATDIR"

Nazim Bəydəmirli:“Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, eyni zamanda benzinin qiymətinin artması bahalaşmaya gətirib çıxarır"

"Ötən il mal ətinin kiloqramı 7 manat idi, bu il isə 10-12 manatdır. Bəzi yerlərdə hətta daha yüksəkdir”.

Bu barədə Qurban bayramı ərəfəsində ətin qiyməti ilə bağlı danışarkən iqtisadçı, ekspert Nazim Bəydəmirli deyib.

O bildirib ki, qiymət artımının müxtəlif səbəbləri var:

"Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, Aran ərazilərində bu cür kampaniya aparılması sahələrin azalmasına gətirib çıxarır. Nəticədə fermerlər öz mallarını ixtisara salmağa məcbur olur. Öz növbəsində bazar da buna reaksiya verir.

Eyni zamanda benzinin qiymətinin artması ilə bağlı zəncirvari bahalaşma müşahidə olunur. Nəqliyyatda əsas istifadə olunan enerji vasitəsi olduğundan benzinin bahalaşması maya dəyərinə təsir edir.

Bundan əlavə, ətin qiymətinin artması bəzi bürokratik əngəllərlə də əlaqədardır. Fermerlərə şərait yaradılmır. Müxtəlif şəkildə onların torpaq sahələri məcburi əllərindən alınır. Sahibkarlığın yenə də ucuz resurslara çıxışı məhduddur və bu sahədə resurs çatışmazlığı var. Bütün bunlar tək ətin deyil, bütün istehlak mallarının qiymətinə təsir edir”.

Qeyd edək ki, Qurban bayramının qeyd olunması ilə əlaqədar bu ərəfədə əhali bazarlarda ətin qiymətinin 12 manata qədər bahalaşdığını deyir./sherq/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP