Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2017

Amerikalı professoru İslama gətirən Həzrət Əli (ə) eşqi

Amerikalı professoru İslama gətirən Həzrət Əli (ə) eşqi"Mənim, şiə yoxsa sünni olum - deyə heç bir tərəddüdüm yox idi, çünki mən "Nəhcul-bəlağə"ni oxumuşdum, ya şiə olmalıydım, ya da dinsiz qalmalıydım."

"Mənə dəfələrlə bu sualı veriblər: Mən necə müsəlman oldum?
Hər dəfə də müxtəlif nəticələrə gəlmişəm.

Mən əslində nəsə etməmişəm, amma din ümumlikdə komplekt halda düşünülməlidir. Din emosiayaları, şəxsi təcrübələri siyasəti və fəlsəfəni ümumilikdə ehtiva edir, lakin mən dini tam bir fəlsəfi baxımdan kəşf etmişəm, desəm yanılmaram.

Mən fəlsəfəyə aid ilk kitabımı 1964-cü ildə 11 yaşım olanda oxumuşam. Bu Vilyam E. Hokkinqsin ”Fəlsəfənin növləri” əsəri idi. Hələ də o kitab haqqında yüksək fikirə malikəm. O kitabla tanışlıqdan sonra belə qərara gəldim ki, fəlsəfə ilə məşğul olmalıyam. Katolik tərbiyə və kilsə təlimi məni dəhşətli şəkildə fəlsəfəyə doğru itələyirdi. Hokkinqsin təklif etdiyi yol: idealizm, mistika və idrak həddindən artıq cəlbedici gəlirdi.

Ali məktəbdə artıq mən Kamyu və Sartırı mütaliə edirdim. Özümü ekzinstentalist zənn edirdim. Mənim nəzərimdə Tolstoy bir qəhrəman idi və özlüyümdə bir katolik passifisti kimi içimdəki məsləhət tufanına vicdan statusu verdim.

Nyu York universitetinə daxil olandan az sonra artıq mənim üçün ekzinstentalizm öz yerini ateizmə verməyə başlamışdı. Artıq Sartr və Nitsşe məni cəzb edirdi. Bunu qüvvətləndirən məsələlərdən biri də Vyetnam müharibəsi zamanı kilsənin müxalifətinin olmaması oldu. Kilsə müharibəyə etiraz etmədi.

Fəlsəfi cəryanlar arasında çırpınaraq nəhayət 1976-cı ildə Rays Universitetinin fəlsəfə fakultəsini bitirdim. İkinci il məni məlumatlandırdılar ki, universitetdə modal məntiq kursları yoxdur və mən gənc tələbələri toplayaraq universitetdə onlara modal məntiqdən seminarlar verməyə başladım. Tezliklə özümün PhD tezislərimi bir araya topladım

Eyni zamanda Aristotelin etikası ilə maraqlanmağa başladım. Bu isə mən İslam fəlsəfəsinə yönəltdi. Bununla paralel olaraq Texas universitetində təsadüf etdiyim iranlı tələbələr də məni cəlb etməyə başladı. Özümdə İran inqilabı haqqında hər şeyi bilmək arzusunu kəşf etdim. İslam və katolikliyi müqayisə edərkən bir məsələnin fərqinə vardım. Əgər katoliklik keçmişin qalığını, əsilzadəliyi, zadəganlığı müdafə edirdisə, İslam isə əksinə, məzlumun yanında idi.

Mənim iranlı tələbələrim məni Əllamə Təbətabai, Şəhid Mütəhərri və Əli Şəriətinin əsərləri ilə tanış etdilər. Amma tezliklə kitab mağazalarının birində Seyid Hüseyn Nəsrin əsərlərinə təsadüf etdim. Hərçənd ki, mən Nəsrin ənənəçiliyi ilə razılaşmıram, amma onun fəlsəfi və mistik tətbiqi məni valeh etdi.

Mən ezoterik İslamda nəinki fəlsəfi tendensiyaların müxtəlifliyini, həmçinin şeriyyət, incəsənət, siyasi ideyalar və sosial ədalət tapdım.

Ezoterik İslam xüsusilə şiələr və sufilər arasında məşhur idi. Şiələrdə sosial ədalətin tarixi qədimdir. Bu sosial ədalət Hz. Əli (ə) başlayır. Bütün bu ideyaların mənbəyi o idi.

Onda mən belə düşündüm ki, əgər mən müsəlman olsaydım, mütləq Əli(ə) ardıcılı olardım. Mənim yeganə problemim bu idi ki, Allaha inanmırdım. Belə qərara gəldim ki, işlədiyim Texas universitetində tələbələrə din tarixini dərsini keçim və bununla paralel olaraq Tanrının varlığı və yoxluğu haqqında olan dəlillərimi yenidən nəzərdən keçirim. Lakin bu dinlər tarixi içində yenə məni cəlb edən İslam tarixi idi. Belə görünürdü ki, İudaizmlə Xristianlığı eyni mistik mətnlər birləşdirir ki, bu mətnlər Budda və ya Hinduizmdə adi rastlanan haldı. Lakin Tanrının varlığı haqqında fəlsəfi təkamül arqumentləri məni heç səslənməmiş tərk edirdilər. Eyni zamanda Tanrının yoxluğu haqqında arqumentləri oxuduqca sanki hər hansı bir nəhəng fikirlər( ruhlar) bədənsiz movcudluğun mümkünlüyünü mənə xatırladırdı. Sonra mən düşündüm ki, Tanrı haqqında məhdud düşünürəm (sanki onun bir limiti var imiş kimi) Lakin məsələ bu idi ki, mən öz ateizmimlə Allahı inkar edirdim, amma büt kimi deyil.

Müsəlman filosoflar və sufilər Tanrının düşüncə olduğunu ya da varlıq olduğunu qəbul etmirlər, onlar yalnız onun pak və saxtalaşdırılmamış olaraq qəbul edirlər.

Lakin mən bir məsələdə ilişib qalırdım. Tanrının yoxluğu haqqında əlimdə olan dəlillərlə və İmam Əlinin(ə) şəxsiyyəti arasında. O İmam Əli ki, əzilmişin və məzlumun müdafiəçisi idi,o praktik olarq müdriklik xəzinəsi, ilahiyyatçı alim idi. Dövlət xadimi, səxavətin paradiqması idi. Cəsur, müdrik, təvözakar, sadiq səbirli və israrlı müdafiəçi idi. Yumor hissinə malik idi. O, Alllahın mövcudluğu haqqında necə səhv edə bilər? Məni arqumentlər yanılda bilərdi, lakin heç bir şey bu aydınlığa xələl gətirə bilməzdi.

Mənim, şiə yoxsa sünni olum - deyə heç bir tərəddüdüm yox idi. Çünki mən "Nəhcul-bəlağə"ni oxumuşdum, ya şiə olmalıydım, ya da dinsiz qalmalıydım."


QEYD: Professor Məhəmməd Legenhauzen 1953- cü ildə Nyu-Yorkda anadan olub. Fəlsəfə ilə məşğul olduqdan sonra ailəsinin katolik inancından uzaqlaşmağa başlayıb. 1979-cu ildə Texas universitetində iranlı tələbələrlənən tanış olması onun həyatını dəyişib. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra 1983-cü ildə İslam dinin qəbul edib. 1985-ci ildə İrana gedib. 1989-cu ildə İranda dərs deməyə dəvət edilib. Hələ də İranda yaşayır. İmam Xomeyni Təhsil və Araşdırma mərkəzində işləyir. Alimin "Islam and Religious Pluralism" adlı kitabı və Ayətullah Misbah Yəzdidən tərcümə etdiyi "Contemporary Topics of Islamic Thought" əsəri var./ahlibeyt.ge/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
16.01.18, 17:39