Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2017

İraq ərazisinda daha İŞİD terrorçusu qalmayıb

İraq ordusu Ənbar vilayətində yerləşən İŞİD-in son qalası adlandırılan Rava qəsəbəsini tamamilə terrorçulardan təmizləyib.

Bu barədə Həşdi-Şəbi komandiri Əli Həşim Hüseyni danışıb. Hüseyni bu qələbə ilə İŞİD-in İraqda artıq mövcud olmadığını bildirib.

Məlumata görə, İraq ordusu və Həşdi-Şəbi qüvvələri səhər saatlarında minlərlə döyüşçü ilə Rava qəsəbəsini azad etmək üçün bölgəyə 3 istiqamətdən hücuma keçib. Saatlarla davam edən şiddətli atışmaların nəticəsində İŞİD məğlubiyyətə uğradılıb. Yüzə yaxın İŞİD üzvü məhv edilib.

Döyüşlərdə sağ qalan terrorçuların Suriya istiqamətində qaçdığı müşahidə olunub.
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP