Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2017

İmam Sadiq (ə): Kim 5 dəfə Rəbbəna desə...

Çətinliklərdən qurtuluş

İmam Sadiq (ə) buyurur: Kim bir çətinliklə üzləşsə və 5 dəfə Rəbbəna desə, Allah onu qorxduğu şeydən xilas edər, ümid etdiyinə çatdırar...

Sual verdilər ki, necə 5 Rəbbəna?

İmam (ə) buyurdu: Beş RƏBBƏNA olan ayələri oxusun!

Rəvayətə görə bu ayələr Ali-İmran surəsinin 189-194-cu ayələridir:
-Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
-Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər var.
-O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yada salar, göylərin və yerin yaradılması haqqında düşünər, deyərlər: Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!
-Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
-Ey Rəbbimiz! Həqiqətən, biz: Rəbbinizə inanın! – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
-Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən öz vədini pozmazsan.

Vilayet.info
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP