Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2017

İnsanın Allahla ən sadə, ən dərin, ən gözəl rabitəsi

Namazın fəzilətləri haqqında nə qədər danışsaq, yenə də azdır. Namaz – insanın Allahla ən sadə, ən dərin, ən gözəl rabitəsidir ki, bütün dinlərdə olmuşdur.

Namaz – tək ibadətdir ki, ondan əvvəl gözəl səsi olanlara əmr edilmişdir ki, hündür yerə qalxıb azanı səsləndirsinlər, qafilləri ayıltsınlar.

Namaz – o qədər mühüm bir ibadətdir ki, Həzrət İbrahim (ə) xanımını və övladını susuz Məkkə diyarında qoymasındakı hədəfi – namazı ayaq tutmaq üçün bəyan etmişdir, nəinki həcci yerinə yetirmək üçün.İmam Hüseyn (ə) Aşura günü namazı iqamə etmək üçün sinəsini oxlara qalxan etmişdi.Allah Həzrət İbrahim (ə) ilə Həzrət İsmayilə (ə) əmr edir ki, Məscidul-haramı namazqılanlar üçün təmizləyib hazır etsinlər. (Həvzəh)

Namaz – o qədər mühüm ibadətdir ki, Zəkəriyya (ə), Məryəm (s.ə), İbrahim (ə), İsmayil (ə) məscidin və namaz qılınan yerlərin xadimləri olmuşdular.

Namaz – bütün əməllərin qəbul olmaq açarıdır. Əmirəl-möminin (ə) əmirlərindən birinə buyurur: “Ən yaxşı zamanını namaz üçün qərar ver və agah ol ki, bütün əməllərin namazın sayəsində qəbul olacaqdır”.
Namaz – Allahı yada salmaqdır. Allahı yada salmaq – qəlbləri aram edən tək vasitədir.
İnsan dünyaya gələn zaman qulağına azan və iqamə oxunar ki, namaz əhli olsun. Ölən zaman isə meyit namazı ilə qəbrə yola salınar.
Namaz – insanı bir çox munkər və çirkin əməllərdən saxlayar.Rəhmətlik İmam (r) buyurur: “Namaz – insan tərbiyə edən fabrikdir”./deyerler/
284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP